Logo

UNEC-də “Avrasiyanın arteriyaları” kitabının təqdimatı keçirilib

06.06.2024 19:17 208 baxış
IMG

Tanınmış iqtisadçı-ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Eldəniz Əmirovun “Avrasiyanın arteriyaları” kitabının təqdimat mərasimi keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin prorektoru dosent Şaiq Əsgərov, kitabın müəllifi Eldəniz Əmirov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “PAŞA Holdinq”in idarə rəisi Fuad İbrahimov, Milli Məclisin deputatları Jalə Əhmədova, Aydın Hüseynov, energetika nazirinin müşaviri Zəminə Əliyeva çıxış ediblər.

Bildirilib ki, iki il ərzində ərsəyə gəlmiş bu kitab Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizi haqqındadır. Burada həmin dəhlizlərin yaranma tarixi, əhatə coğrafiyası, texniki-iqtisadi göstəriciləri, iştirakçı ölkələr və onların toqquşan maraqları, hər dəhliz komponenti uğrunda gedən müharibələr və perspektivlərinə dair geniş təhlillər verilib.

Kitabda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizinin hər birinin ayrı-ayrılıqda qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyi hərtərəfli təhlil edilib.

Çıxış edənlər kitabın region ölkələri və Avropada böyük maraqla qarşılanacağını vurğulayıblar.

Xəbər lenti