Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru xanım Nqozi Okonyo-İveala Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradov və professor-müəllim heyəti ilə keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və ÜTT Katibliyinin Azərbaycan üzrə İşçi Qrupunun sədri, Türkiyənin ÜTT yanında daimi nümayəndəsi səfir Alparslan Acarsoy da iştirak ediblər.
Görüşdə çıxış edən rektor Ədalət Muradov aparılacaq müzakirələrin universitet üçün əhəmiyyətini vurğulayıb.
Baş direktor Nqozi Okonyo Azərbaycanın ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, Özbəkistanın bu istiqamətində təcrübəsi ilə bağlı fikirlərini bölüşüb.
Çıxışlardan sonra iştirakçıların çoxsaylı sualları Nqozi Okonyo-İveala, Səməd Bəşirli və Alparslan Acarsoy tərəfindən cavablandırılıb.