Logo

BANM məzunu “İlin ən aktiv magistratura tələbəsi” seçildi

07.06.2024 10:25 245 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Orxan Xankişiyev “İlin ən aktiv magistratura tələbəsi” seçilib.

Tehsil.biz xəbər verir ki, elmi və sosial fəaliyyətləri ilə fərqləndiyi üçün ABŞ-ın Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.

Orxan Xankişiyev 677 bal toplayaraq Bakı Ali Neft Məktəbinə neft-qaz mühəndisliyi ixtisası üzrə qəbul olub. Ali məktəbi bitirdikdən sonra, iki il ərzində “SOCAR-AQŞ” MMC-də dəniz geoloqu işləyib, neft quyularının qazılması üzrə təcrübə əldə edib. 

2022-ci ildə isə tam təqaüdlə Oklahoma Universitetində neft-qaz mühəndisliyi üzrə magistratura səviyyəsinə qəbul olub. O, iki il ərzində dayanıqlı enerji mənbələri, xüsusilə də geotermal enerji mövzusunda bir neçə elmi tədqiqat aparıb və məqalələr çap etdirib. Eləcə də geotermal quyuların qazılma sürətini və səmərəliliyini artırmaq üçün yeni qazma qurğusu inşa edərək bir sıra təcrübələr aparıb. 

Hazırda sözügedən universitetdə doktorantura təhsilini davam etdirir və geotermal quyuların istismarı mövzusunda tədqiqat layihəsi üzərində çalışır.

Xəbər lenti