Logo

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

07.06.2024 10:39 314 baxış
IMG

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev 6 iyun tarixində bu ölkənin turizm naziri Xuan Karlos Qarsia Qranda ilə görüşüb. 

Səfirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə Azərbaycanla Kuba arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və turizm sahəsi də daxil olmaqla digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Söhbət əsnasında iki ölkə arasında turizm, hotelçilik və turizm obyektlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq, bu sektorda çalışan mütəxəssislər, eyni zamanda ixtisaslaşmış ali təhsil ocaqları arasında mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. 

Görüşdə həmçinin, Azərbaycan turizm agentliklərinin nümayəndələrinin bu yaxınlarda Kubaya baş tutmuş tanışlıq səfərləri məmnununla xatırlanaraq, bu cür mübadilələrin davam etdirilməsinin və hər iki ölkədə təşkil edilən beynəlxalq turizm sərgilərində iştirakın vacibliyi qeyd edilib.

Xəbər lenti