Logo

BSU ilə Təhsil Tələbə Krediti Fondu arasında anlaşma memorandumu imzalanıb - FOTO

07.06.2024 11:16 216 baxış
IMG

Bakı Slavyan Universiteti (BSU) ilə Təhsil Tələbə Krediti Fondu arasında anlaşma memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, sənədi BSU-nun rektoru Anar Nağıyev və Fondun İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar.

Memoranduma əsasən, universitetin tələbələri kredit imkanları ilə yanaşı, Təhsil Tələbə Krediti Fondu tərəfindən yaradılan müxtəlif imkanlardan faydalana biləcəklər.

Sənədin imzalanmasında məqsəd qarşılıqlı anlaşma əsasında tələbələrin işlə təmin olunması, birgə tədbirlərin təşkili, təhsil alanların bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıqdan ibarətdir.
ə

Bakı Slavyan Universiteti (BSU) ilə Təhsil Tələbə Krediti Fondu arasında anlaşma memorandumu imzalanıb. Sənədi BSU-nun rektoru Anar Nağıyev və Fondun İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar.

BSU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, universitetin tələbələri kredit imkanları ilə yanaşı, Təhsil Tələbə Krediti Fondu tərəfindən yaradılan müxtəlif imkanlardan faydalana biləcəklər.

Xəbər lenti