Logo

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib - FOTO

07.06.2024 13:07 244 baxış
IMG

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin (İnnovasiyalar Mərkəzi) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda növbəti 4SİM Talks tədbiri keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ASAN İnnovativ İnkişaf Mərkəzində keçirilən tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.

“Binance” Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə Stefen Makalister və “Binance Investments Co. Ltd” şirkətinin MDB regionu üzrə icma və marketinq meneceri Alisa Prokopiv, Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.

Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlar haqqında öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə bağlı sualları cavablandırıblar.

Sayca 6-cı olan 4SİM Talks tədbiri “İqtisadiyyat Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında birgə əməkdaşlığa dair Tədbirlər Planı”nda “Azərbaycan blokçeyn mütəxəssislərin yetişdirilməsi üzrə proqrama dəstək” və “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi imkanlarının tədqiqi” və “Elm-sənaye klasteri 4.0”-nin formalaşdırılması” tədbirlərinə uyğun olaraq həyata keçirilir.

Xəbər lenti