Logo

“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

07.06.2024 15:24 274 baxış
IMG

İyunun 20-21-də Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mikrobiologiya İnstitutu, Odlar Yurdu Universiteti, Şimali Qazaxıstan Dövlət Universiteti, Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Botanika və Fitointroduksiya İnstitutunun birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Dendrologiya İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən konfrans biotorpaq ehtiyatlarından düzgün istifadə edilməsi və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə keçirilir. Həmçinin iqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genefondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsədlərdir.

Konfrans qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, molekulyar biologiyanın müasir ekoloji aspektləri, iqlim dəyişikliyinin təbii su hövzələrinə və torpağa təsiri, nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, ekoloji faktorların dəyişməsi və insan sağlamlığı və s. bölmələr üzrə təşkil olunacaq. Konfrans biomüxtəliflik və onun mühafizəsi, meşə ekosistemi və biomüxtəlifliyi, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik üzrə elmi istiqamətləri əhatə edir.

Xəbər lenti