Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçiblər.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, İran filologiyası şöbəsinin müdiri dosent Günay Verdiyevanın rəhbərliyi ilə keçən təcrübə müddətində Şərqşünaslıq İnstitutunun əməkdaşları tələbələrə müxtəlif mövzularda mühazirələr oxuyublar. Mühazirələr peşəkar tərcüməçinin bacarıqları, İran dövlətçilik tarixi, fars ədəbiyyatı və digər mövzuları əhatə edib.