Logo

Türkiyəli yazıçı Nizami Muzeyini ziyarət edib - FOTO

08.06.2024 10:19 128 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi mütəmadi olaraq dünyanın müxtəlif yerlərindən ziyarətə gələn tamaşaçılarını zəngin və maraqlı ekspoziyası ilə tanış etməyə davam edir.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, bugünlərdə türkiyəli yazıçı Ərdoğan Pamuk və ərəb dili üzrə mütəxəssis Mustafa Atalar bu mədəniyyət ocağının qonağı olub.

Muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin kiçik elmi işçisi Aysel Bayramova tanış edib.

Ərdoğan Pamuk əslən Azərbaycanın Beyləqan rayonundan olduğunu bildirib. Bu məqsədlə o, Mücirəddin Beyləqaninin yaradıcılığı ilə maraqlanıb və tədqiq edib.

Qonaq muzeyin ekspozisiyasında şairin portretinin olmasından və onun yaradıcılığı ilə bağlı ekspozisiya ilə tanışlıqdan məmnunluğunu bildirib.

Qeyd edək ki, Türkiyədə “Qapılar” adlı kitabı, eləcə də “Paxlava dadında yaşanmış hekayələr”, “Bir dəstə mədəniyyət məqalələri” kimi məqalə və hekayələri ilə tanınan Ərdoğan Pamuk, həmçinin dastanların, əsasən “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçısıdır.

Sonda qonaqlar muzeyin “Rəy kitabı” na ürək sözlərini, təəssüratlarını yazıblar.

Xəbər lenti