Logo

Milli Kitabxanada “Akademik Məmməd Arif Dadaşzadə-120” adlı kitab sərgisi açılıb

08.06.2024 11:47 143 baxış
IMG

Azərbaycan Milli Kitabxanası görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyi ilə əlaqədar geniş kitab sərgisi hazırlayıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə alimin həyat yolu və yaradıcılığı haqqında kitablar yer alır.

Həmçinin onun ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti