Logo

Fərhad Hacıyev: "Qabiliyyət imtahanından keçməyən 68 nəfər apellyasiyaya müraciət edib"

08.06.2024 12:12 158 baxış
IMG

"Dördüncü “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsindən keçməyən 68 nəfər apellyasiyaya müraciət edib".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, əyani mərhələnin birinci turu olan qabiliyyət imtahanında iştirak edən 3801 namizəddən 1311 nəfəri idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb:

“Hər bir müraciət diqqətlə araşdırılıb və iştirakçılara ətraflı cavablar verilib. İyulun birinci həftəsində müsabiqənin yarımfinal mərhələsi keçiriləcək və 100 nəfər finala keçəcək”.

Xəbər lenti