Logo

Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr edilən respublika konfransı keçiriləcək

08.06.2024 12:29 129 baxış
IMG

Noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan şairi və mütəfəkkiri, pedaqoq və xəttat Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr edilən “Mirzə Şəfi Vazeh və Azərbaycan ədəbiyyatı Şərq-Qərb əlaqələri kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Konfransda “Mirzə Şəfi irsi Azərbaycan və Qərb ədəbi əlaqələri kontekstində”, “Mirzə Şəfi şeirləri musiqidə və poeziya-musiqi əlaqələri problemi”, “Mirzə Şəfi Azərbaycan boyakarlığında və klassik irsin incəsənətdə əksi problemləri”, “Mirzə Şəfinin ədəbi mirası və mətnşünaslıqda atribusiya məsələləri”, “Mirzə Şəfi irsinin poetikası və ədəbi məclislər ənənəsi” mövzularında müzakirələr aparılacaq.

Konfransa məqalələri avqustun 1-dək təqdim etmək olar.

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 505 53 14

E-mail: [email protected]

Xəbər lenti