Logo

UNEC-də yaz imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib

08.06.2024 12:50 204 baxış
IMG

İyunun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, universitetin rektoru professor Ədalət Muradov, İctimai Nəzarət Şurasının üzvlərindən deputat Etibar Əliyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da tələbə, valideyn və əməkdaşların müraciətləri dinlənilib.

Müraciətlər diplomun alınması, akademik borcun ləğv edilməsi, təhsil haqqı borcu, əlavə balın verilməsi, ştat dəyişikliyi ilə bağlı olub. Hər bir müraciət dinlənildikdən sonra onların həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, növbəti “Açıq qapı” günü iyunun 22-də keçiriləcək.

Xəbər lenti