Logo

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO

08.06.2024 15:08 297 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Tehsil.biz nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Abşeron-Binə Liseyində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində, Daşkəsən rayonu, M.Mustafayev adına Bayan kənd, Göygöl rayonu, Ü.Quliyev adına Toğana kənd tam orta məktəblərində, Daşkəsən rayonu Alaxançallı kəndində bələdiyyə üzvləri və kənd sakinləri üçün, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 1 saylı körpələr evi-uşaq bağçasında, Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində və Şamaxı şəhər M.Veysov adına 6 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 5 saylı Ərazi Vergi İdarəsində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayonu, Şəfəq kənd tam orta məktəbində silsilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib

Xəbər lenti