Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə baş çəkib.
Tehsil.biz xəbər verir ki, bu barədə Mərkəzin sosial şəbəkə hesabında bildirilib.
“Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi ofisimizdə salamlamaqdan çox məmnun olduq”, – paylaşımda qeyd olunub.
Diplomatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov qarşılayıb.