Arxeoloqlar İtaliyanın Neapol şəhəri yaxınlığındakı qədim Pompeyin xarabalıqlarında yeni divar rəsmləri aşkar ediblər.
Tehsil.biz xəbər verir ki, divar rəsmlərində qladiatorların döyüş səhnəsi və ov səhnələri əks olunub. Arxeoloqlar cizgilərin primitiv xarakterli olduğunu əsas gətirərək bunun 8-10 yaşlı uşaqlar tərəfindən edildiyi qənaətinə gəliblər.
Psixoloqlar isə qədim Pompeydə insanların bir-birinə və heyvanlara qarşı zorakılığının adi hal olduğunu bildirirlər. Onların fikrincə bu zorakılıq uşaq yaşlarından yaddaşlara həkk olunur.
Qeyd edək ki, Pompey şəhəri təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.