Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Kapoeyra üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Bildirilib ki, BDU-nun Biologiya fakültəsinin tələbəsi Xədicə Zeynallı Macarıstanın paytaxtı Budapeştdə keçirilən Kapoeyra üzrə Avropa çempionatında bürünc medal əldə edib.