Logo

İyunun 12-də TOEFL iBT imtahanı keçiriləcək

10.06.2024 09:37 244 baxış
IMG

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 12 iyun 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti