Logo

Coğrafiya İnstitutunun əməkdaşı Rusiyada mükafat alıb - FOTO

10.06.2024 10:29 133 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Rusiya Federasiyasının Voronej şəhərində “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda keçirilən III Beynəlxalq Demoqrafik Forumun I dərəcəli diplomuna layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Sözügedən mükafat Bəyimxanım Hüseynovaya “Azərbaycanin sərhədyanı iqtisadi bölgələrində etnik azlıqların yaşayış məntəqələrinin CİS texnologiyasının köməyi ilə tədqiqi” (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında) elmi məqaləsinə görə təqdim edilib.

Xəbər lenti