Logo

BDU-da Çinin Hebey İqtisadiyyat və Biznes Universitetinin nümayəndə heyəti ilə görüş olub - FOTO

10.06.2024 11:34 125 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Hebey İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Tian Xuebinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə universitetin son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan rektor Elçin Babayev ÇXR-in universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. BDU-da kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev Hebey İqtisadiyyat və Biznes Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Bildirib ki, Hebey İqtisadiyyat və Biznes Universiteti ilə əməkdaşlıq BDU-nun potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.

BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan Hebey İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Tian Xuebin iki ali təhsil müəssisəsi arasında tələbələrin və akademik heyətin mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki universitet arasında ikili diplom proqramlarının hazırlanması, tələbələrin və akademik heyətin mübadiləsi, birgə təqaüd proqramlarının hazırlanması, ortaq beyin mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunub.

Xəbər lenti