Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri dosent Mərziyyə Ağayeva “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.
Mərziyyə Ağayeva Kluj-Napoka Texniki Universitetinin Materiallar və ətraf mühit mühəndisliyi fakültəsi, həmçinin Materialşünaslıq və texnologiya, Materialşünaslıq və mühəndislik kafedralarının əməkdaşları ilə görüşüb, onların faəliyyəti ilə yaxından tanış olub.
Kluj-Napoka Texniki Universitetində materialşünaslıq sahəsində müxtəlif laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan AzTU əməkdaşı hər iki universitetin tədqiqat layihələrində birgə iştirakı məsələlərini müzakirə edib.
Dosent Mərziyyə Ağayeva Materiallar və Ətraf mühit mühəndisliyi fakültəsinin tələbələrinə AzTU haqqında ətraflı məlumat verib, həmçinin materialşünaslığa aid müxtəlif mövzularda mühazirə deyib.