Logo

“Məhəmməd Füzuli” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

10.06.2024 16:42 141 baxış
IMG

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Məhəmməd Füzuli” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Füzulinin müdrik kəlamları”, “Heydər Əliyev və Məhəmməd Füzuli”, “Görkəmli şəxslər Məhəmməd Füzuli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərlərinə çəkilmiş miniatürlər” və s.özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Xəbər lenti