AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nurlanə Məmmədovanın “Tənqidçinin düşüncələri: Məsud Əlioğlu” kitabı işıq üzü görüb.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının 28 mart 2024-cü il tarixli 2 saylı iclasının qərarı ilə çap olunub.
Kitabın redaktoru filologiya elmləri doktoru Vaqif Yusifli, rəyçiləri filologiya elmləri doktoru Şahbaz Musayev və filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimovadır.
Monoqrafiyada Məsud Əlioğlunun ədəbi-tənqidi yaradıcılığından bəhs olunur, elmi-nəzəri fikrimizin konkret bir dövrü haqqında dolğun təsəvvür yaradılır. Tədqiqatda ədəbi prosesdə yeni faktlara obyektiv münasibət göstərən tənqidçi şəxsiyyətinin diqqətə çatdırılması, klassik irsin fəlsəfəsinin açılmasında tənqidçinin mövqeyinin qiymətləndirilməsi əsas məqsəd seçilib.