Logo

AzTU-da rəqəmsal transformasiya məsələləri müzakirə olunub

10.06.2024 23:16 107 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, İRİA-nın sədr müavini Rəşad Xalıqov, TSİİ-nin əməkdaşı Cavad Mustafazadə, universitetin Rəqəmsal Transformasiya Şurasının kordinatoru Osman Gündüz və digərləri çıxış ediblər.

Çıxışlar zamanı rəqəmsal transformasiya məsələləri, bu istiqamətdə yeni yanaşmalar müzakirə olunub.

Xəbər lenti