Logo

Çində 4 müəllimə bıçaqla hücum edilib

11.06.2024 09:58 247 baxış
IMG

ABŞ-nin Kornel Kollecinin (Ayova ştatı) 4 müəllimi Çinin Jilin əyalətindəki parkda hücuma məruz qalaraq yaralanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, müəllimlər Kornel Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gəliblər. Yerli parkda gəzinti zamanı onlara bir nəfər bıçaqla hücum edib. Xəsarətlərin ağırlığı və hücum edənin kimliyi barədə məlumat verilmir.

Agentlik qeyd edir ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.

Xəbər lenti