Logo

"Məktəblinin dostu" məktəb və valideynlər arasında əlaqələri dərinləşdirir"

11.06.2024 12:04 164 baxış
IMG

"2016-cı ildən Elm və Təhsil Nazirliyi tərəfindən "Məktəblinin dostu" layihəsi həyata keçirilir. Bu layihə 30-dan çox məktəbdə artıq tətbiq edilir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

O bildirib ki, layihə uğurlu hesab edildiyi üçün digər məktəblərdə də həyata keçiriləcək:

"Məktəblinin dostu" layihəsi məktəb və valideynlər arasında əlaqələrin dərinləşdirilməsinə imkan verib".

Mərcanə Əsədova

Xəbər lenti