Logo

Dendrologiya İnstitutu türkiyəli alimin iştirakı ilə seminar təşkil edib

11.06.2024 12:49 129 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Türkiyə Bioloqlar Dərnəyinin sədri, Türkiyə Bioloji Elmlər Akademiyası İdarə Heyətinin üzvü, Orta Şərqi Texniki Universitetinin professoru mikrobioloq İhsan Soytemizin iştirakı ilə onlayn elmi seminar keçirib.

Bu barədə "Tehsil.biz"ə Dendrologiya İnstitutundan bildirilib.

Seminarda Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova iqlim dəyişiklikləri və bunun canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərdiyini bildirib.

Professor İhsan Soytemiz isə çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunmasına daim diqqət yetirdiyini və Prezident İlham Əliyevin bu işi davam etdiridiyni vurğulayıb.

Sonra institutun elmi əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş mövzularda çıxış ediblər.

Xəbər lenti