Logo

BDU-nun tələbələri Ali Məhkəmədə - FOTO

11.06.2024 13:16 210 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Teyyub Muxtarov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr xoş təəssüratlarını bölüşüb.

Xəbər lenti