Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül və Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkokda keçirilən Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edirlər.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Qeyd olunub ki, iyunun 10-da başlanan tədbirdə 100-dən çox ölkədən 3000-dən artıq qlobal lider və innovator müzakirələrə qatılıb. Konqres çərçivəsində Azərbaycan pavilyonunda BMU-nun stendi nümayiş olunur. Stenddə universitet haqqında doğun məlumatlar (maddi-texniki baza, müasir laboratoriyalar, tədris olunan ixtisaslar), "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ali təhsil ocağında keçirilən tədbirlər və s. yer alır.
Tədbir iyunun 13-dək davam edəcək.