Logo

Türkiyənin tanınmış türkoloq alimləri BDU-da olublar

11.06.2024 14:59 201 baxış
IMG

Türkiyənin tanınmış türkoloq alimləri - Fırat Universitetinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının müdiri professor Ercan Alkaya və dosent Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olublar.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Səfər Türkiyənin Ali Təhsil Şurasının “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” adlı layihəsi çərçivəsində reallaşıb.

Dialektologiya və toponimika məsələlərinə dair birgə müzakirələrin aparıldığı görüşdə Türkologiya kafedrasının professor-müəllim heyəti iştirak edib.

Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov BDU ilə Fırat Universiteti arasında türkologiya sahəsində elmi əlaqələrin əhəmiyyəti, son dövrlər kafedrada görülmüş işlər, Azərbaycanda aparılan dialektoloji araşdırmalar, tərtib olunmuş lüğətlər və atlaslar haqqında geniş məlumat verib, hazırda Qərbi Azərbaycan şivələrinin tədqiqi yönündə atılan addımlardan danışıb.

Qonaqlar BDU ilə türkologiya sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, gələcəkdə dialektologiya və toponimika istiqamətində qarşılıqlı araşdırmaların aparılmasının zəruriliyini vurğulayıblar.

Bildirilib ki, “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” layihəsi üzrə Azərbaycan mikrotoponimlərinin qədim və müasir türk dilləri ilə müqayisəli araşdırılması xüsusi önəm daşıyır.

Xəbər lenti