Logo

Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılır

11.06.2024 16:45 211 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılacaq.

Tehsil.biz xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Yeni şöbənin yaradılması Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin - əlyazmalarının transliterasiya və tərcümə edilməsi, sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədi daşıyır.

Xəbər lenti