Logo

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunacaq

11.06.2024 18:31 333 baxış
IMG

İyunun 25-dən iyulun 2-dək S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunacaq.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, düşərgədə iyunun 25-dən 27-dək 5-7-ci siniflərin, iyunun 27-dən 29-na kimi 8-10-cu siniflərin, iyunun 30-dan iyulun 2-nə qədər 2-4-cü siniflərin iştirakı nəzərdə tutulur.

Yay düşərgəsi hər qrupda 3 sinif olmaqla 3 qrup üzrə təşkil olunacaq. Hər qrup üzrə düşərgənin son günü isə mükafatlandırma mərasimi olacaq. Düşərgə müddətində şagirdlər üçün maraqlı interaktiv mühit, ustad dərsləri, viktorinalar, müxtəlif öyrədici yarış və əyləncəli oyunlar təşkil olunacaq. Düşərgədə iştirak ödənişsizdir. Şagirdlər qalmaq və yemək xərcləri ilə də təmin olunacaqlar.

Qaliblərdən düşərgədə iştirakı təsdiqləmək üçün +994 51 449 59 41 vatsap nömrəsi üzərindən müraciət etmələri xahiş olunur.

Xəbər lenti