Logo

Cari tədris ilində 39 mindən çox şagird peşə təhsili haqqında məlumatlandırılıb

11.06.2024 18:46 412 baxış
IMG

2023-2024-cü tədris ili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə müxtəlif maarifləndirmə tədbirləri keçirilib. 

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbirlərdə ümumilikdə 39 min 544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib. Keçirilən 644 infotur vasitəsilə minlərlə şagird və valideyn peşə təhsili müəssisələrinin tədris proqramları, imkanları və perspektivləri barədə məlumatlandırılıb. Həmçinin 52 “Açıq qapı” tədbiri təşkil olunub. Bu tədbirlərdə iştirak edənlər, peşə təhsili müəssisələrinin infrastrukturu, laboratoriyaları və tədris materialları ilə tanış olublar. Hər bir tədbir peşə təhsilinin praktiki və nəzəri tərəflərini əks etdirən müxtəlif ustad dərsləri və sərgilərlə müşayiət olunub.

Qeyd edək ki, tədbirlər peşə təhsil müəssisələri və potensial tələbələr arasında əlaqələri gücləndirmək, peşə təhsili haqqında ictimai məlumatlılığı artırmaq məqsədi daşıyır.

Xəbər lenti