Logo

MDU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib - FOTO

11.06.2024 20:14 147 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

“Açıq qapı” günündə MDU-nun rektor səlahiyyətlərini müvəqqəti icra edən Üzeyir Zeynalov öncə universitetin Təhsil fakültəsində təhsil alan bir qrup tələbənin valideyni ilə görüşüb. O, valideynlərə MDU-da cari tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq, təşkili qaydaları və növləri barədə ətraflı məlumat verərək onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, MDU-da imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsinin təmin etmək, eləcə də yarana biləcək neqativ halların dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyətinin təmin edildiyi diqqətə çatdırılıb.

Ü.Zeynaov MDU-da cari tədris ilinin yaz imtahan sessiyasının mayın 31-dən start götürdüyünü, 04 iyul tarixinədək davam edəcəyini, 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakının gözlənildiyi, imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Həmçinin imtahanların tam obyektivliyinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günlərində universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edib və valideynlərin MDU ilə əməkdaşlıq etməsinin müsbət tərəflərindən danışıb.

Sonra, valideynlərlə birlikdə imtahanların gedişatı izlənilib. Valideynlər imtahan prosesinin təşkilindən razılıqlarını bildirib, obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Övladlarının biliyinin düzgün qiymətləndirilməsinə, müəllimlərin obyektiv yanaşmasına və yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da yaz imtahan sessiyası başa çatanadək “Açıq qapı” günləri təşkil ediləcək.

Xəbər lenti