Logo

Dövlət Teatr Muzeyində insan hüquqlarına dair görüş təşkil edildi - FOTO

11.06.2024 21:36 177 baxış
IMG

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi iyunun 11-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Niyazinin ev-muzeyinin birgə təşkilatçılığı ilə mövzu ətrafında maarifləndirici görüş təşkil edib.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin əməkdaşı, əməyin texniki müfəttişi Çingiz İbrahimov insan hüquqlarının anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması və s. barədə geniş məruzə ilə çıxış edib.

Sonra tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.