Logo

Fizika İnstitutu ilə NDU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

11.06.2024 22:12 168 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Memorandumda fizika və texniki elm sahələrinin qarşılıqlı maraq doğuran istiqamətlərində innovativ elmi-tədqiqat və kadr hazırlığına peşəkar dəstəyin göstərilməsi, NDU tələbə-müəllim, magistr və doktorantlarının tədqiqat aparmaq məqsədilə Fizika İnstitutuna ezam olunması, fizikanın aktual məsələ və problemlərinin həllinə dair birgə tədqiqatların aparılması kimi məsələlər nəzərdə tutulub.

Xəbər lenti