Logo

“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” adlı kitabın təqdimatı olub - FOTO

11.06.2024 23:06 407 baxış
IMG

İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili, şair-publisist, t.ü.f.d. Musa Urudun (Quliyev) “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, AMEA-nın elmi müəssisələrinin alim və mütəxəssisləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş oxucu kütləsinə təqdim edilən kitabın elmi və siyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının həmin görüşdə bu istiqamətdə ölkəmizin qarşısında duran vəzifələrin proqramını müəyyən etdiyini vurğulayıb.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabın zəngəzurlular üçün məlhəm olduğunu bildirib. Qeyd edib ki, nəşrdə bizim eranın əvvəllərindən çağdaş dövrümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xatirələr, eləcə də yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilib.

Tədbirdə çıxış edənlər kitabın rus dilində nəşr olunmasının əhəmiyyətindən, xarici ölkələrdə təbliğinin vacibliyindən danışıb, Qərbi Azərbaycan məsələsinin ziyalılarımız qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyiblər.

Sonda çıxış edən Musa Urud kitabın ərsəyə gəlməsindən söz açıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Xəbər lenti