Logo

Rəşid Behbudovun məzarı ziyarət olunub

11.06.2024 23:22 145 baxış
IMG

Dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun vəfatının 35-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tehsil.biz xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri iştirak edib.

Sənətkarın ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Xəbər lenti