Logo

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanına qeydiyyat davam edir

12.06.2024 09:44 163 baxış
IMG

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-si saat 23:59-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçməklə qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. İkinci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

İyunun 12-si saat 09:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 11178, II ixtisas qrupu üzrə 10420, III ixtisas qrupu üzrə 12043, IV ixtisas qrupu üzrə isə 3253 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.

Xəbər lenti