Logo

Coğrafiya İnstitutunda Xəzər dənizinin öyrənilməsinə dair vörkşop keçirilib

12.06.2024 13:48 204 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Avstraliyanın Makkuori Universitetinin müəllimi professor Əliəkbər Rəsulinin iştirakı ilə vörkşop keçirilib.

Tehsil.biz xəbər verir ki, “On the Detection of the Caspian Sea Changes By Processing of LANDSAT Imagery Based on the OBIA Methods A Case of the GIL Island” (OBİA Metodları əsasında LANDSAT görüntülərinin köməyi ilə Gil adası timsalında Xəzər dənizinin səviyyə dəyişmələrinin öyrənilməsi) mövzusunda keçirilən seminarda Coğrafiya İnstitutunun əməkdaşları, doktorant və dissertantları ilə yanaşı, digər universitetlərdən də dinləyicilər iştirak edib.

Seminar Trimble eCognition proqram təminatı daxilində OBİA alqoritmlərini istənilən azalma ilə idarə etməyi ətraflı şəkildə öyrətmək məqsədini daşıyıb. Yeni başlayanlar və orta səviyyəli istifadəçilər ən son eCognition proqram təminatı ilə tanış olublar. Peyk təsvirlərindən isitfadə etməklə Gil adasının bitki xəritəsi (NDVİ,) sahil xəttinin dəyişməsi dinamikası istiqamətində yeni həllər yaratmaq texnikası, eCognition proqram təminatı vasitəsi ilə Sentinel-2 təsvirlərinin emalı öyrədilib.

Məsələn, iştirakçılar Xəzər dənizi sahil xəttinə və onun adasında dəyişikliklərə uyğun piksel dəyərləri ilə ISODATA (İterativ Özünü Təşkil edən Məlumat Təhlili Texnikaları) yanaşmasını və vahid raster rəqəmsal çıxış yaratmağı öyrəniblər. Onlara mövcud iş axınlarını asanlaşdıra və yeni peyk təsvirlərinin təhlili üçün imkanları genişləndirə bilən müxtəlif maraqlı yeni alət və funksiyalar təklif edilib. Bundan əlavə, bir neçə indeksləşdirmə aləti modernləşdirilib və istənilən təsnifat metodlarının hesablama dəqiqliyini avtomatlaşdırmaq üçün qeyri-səlis alqoritmlər və funksiyalar qurulub.

Vörksop zamanı iştirakçılar proqram təminatını yükləyərək Gil adasının 2017 və 2024 cü illər ərzində baş verən dəyişikləri analiz ediblər.

Tədbrin sonunda bütün iştirakçılara sertifikatlar paylanılıb.

Xəbər lenti