Logo

BŞTİ tərəfindən 10 müsabiqə və olimpiada keçirilib

12.06.2024 15:34 324 baxış
IMG

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzularında təqdimat müsabiqəsi, “Düşünən şagird”, “Ən yaxşı məktəb saytı”, “Sağlam təhsil mühiti - kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı, “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” Xl respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Mütəfəkkir və şair Məhtimqulu Fəraqi” mövzusunda inşa müsabiqəsi, “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi, “Məktəblilərin respublika çempionatı”, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış” və Lütfi Zadə adına məntiq olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.

Xəbər lenti