Logo

İsraildə yaşayan diaspor nümayəndələri Naxçıvanda Heydər Əliyev Muzeyində olublar

12.06.2024 16:14 309 baxış
IMG

İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir qrup İsrail vətəndaşı Naxçıvanda yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə təsadüf edən bu səfərə İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvləri Lev Spivak, Mixail Salman və Assosiasiyanın digər fəalları qatılıblar.

Qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə İsraildə ivrit dilində çapdan çıxmış “Öndə gedən” adlı kitabı muzeyin direktoru Ramil Orucəliyevə təqdim ediblər. Kitabda siyasətçilərin Heydər Əliyev haqqında xatirələri yer alıb, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs olunub.

Bundan əlavə, İsrail Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü, şair Mixail Salman “Azərbaycan aşiqi” və “Müzəffər Azərbaycan” adlı şeirlər toplusunu muzeyə hədiyyə edib.

Xəbər lenti