Logo

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib - FOTO

12.06.2024 19:58 139 baxış
IMG

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 500 nəfərə yaxın məktəbli izləyib.

Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

Xəbər lenti