Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin kollektivi Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bilgəhdəki Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində konsert təşkil edib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehdiyeva müqəddəs Qurban bayramının həm də ahılları yada salmaq, onlarla görüşüb ünsiyyət saxlamaq üçün fürsət olduğunu deyib. O, müəssisənin sakinlərinə dövlət qayğısından və belə proqramların onların asudə vaxtının təşkilində əhəmiyyətindən danışıb.
Daha sonra Mərkəzin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub. Musiqi nömrələri ahıllara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.