Logo

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

12.06.2024 22:33 536 baxış
IMG

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı uşaqların əmək hüququ, işə qəbul edilərkən onlara tətbiq olunan güzəştlər, uşaq əməyinin istismarının qarşısının alınmasının hüquqi aspektləri haqqında danışıb, ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib.

Mərkəzin pedaqoji heyətinin və tələbələrinin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram“ı və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə keçirilib.

Xəbər lenti