Logo

Bakı Avrasiya Universiteti “THE Impact 2024” reytinqində

13.06.2024 09:34 124 baxış
IMG

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

Tehsil.biz xəbər verir ki, Bakı Avrasiya Universiteti (BAAU) “THE Impact 2024” reytinqinə daxil olub.

125 ölkədən 2 152 universitetin dəyərləndirildiyi reytinqdə Bakı Avrasiya Universiteti (1501+) əhəmiyyətli nəticə əldə edib.

Sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.

Qeyd edək ki, “THE Impact 2024” reytinqi universitetlərin fəaliyyətini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirir.

Xəbər lenti