Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində olub.
Tehsil.biz xəbər verir ki, görüş vaxtı komitənin nəşrləri, o cümlədən DİDK ilə Elm və Təhsil Nazirliyinin xaricdəki həftəsonu Azərbaycan məktəbləri üçün hazırladığı "Azərbaycan dili" kitabını nümayəndəliyin rəhbəri Hüseyn Umit Tunaya təqdim edib.