Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə ll kurs tələbəsi Aytən Burziyeva noyabr ayında müraciət etdiyi Qlobal tələbə mübadiləsi proqramının (Global UGRAD) ölkə üzrə 6 qalibindən biri olub.
Tehsil.biz xəbər verir ki, o, öz nəticələrinə və TOEFL imtahanından topladığı bala (93/120) əsasən, ABŞ-ın İllinois ştatında yerləşən North Central College-də bir semestr təhsil alacaq.
Qeyd edək ki, Global UGRAD proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən tam maliyyələşdirilən mədəniyyət və təhsil proqramıdır.