Logo

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə müsahibəyə başlanılıb

13.06.2024 16:22 139 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin test imtahanında 30 sualdan 18 və daha çoxunu doğru cavablandıran namizədlər müsahibəyə dəvət olunub. Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınır.

Xəbər lenti