Dünyanın nüfuzu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi “THE Impact 2024” üzrə nəticələri elan edib. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 801+ qrupunda yer tutub.
Bu barədə "Tehsil.biz"ə ATMU-dan bildirilib.
Azərbaycan Turizm və Menecment Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri üzrə 1501+ sıralamasında ilk dəfə dünyanın reytinqli universitetləri arasında yer alıb.
ATMU Dayanıqlı İnkişaf Məqsədlərindən “Layiqli əmək və iqtisadi artım” üzrə davamlı, əhatəli iqtisadi artım, tam və məhsuldar məşğulluq və layiqli iş mühitinin təşviqi üzrə dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda yer tutub.
Universitet “Davamlı şəhərlər və icmalar” üzrə şəhərlər və yaşayış məntəqələrini əhatə edən təhlükəsiz, davamlı əlaqələrin inteqrasiyasının təşkili istiqaməti üzrə də eyni uğurlu nəticəni əldə edib və 801-1000 qrupunda yer tutub
“Keyfiyyətli təhsil” üzrə ATMU dünyanın ən reytinqli universitetləri arasında 1001-1500 qrupunda dəyərləndirilib. Burada ATMU-da inklüziv və bərabər keyfiyyətli təhsilin təşkili ilə yanaşı, ömür boyu təhsil (lifelong learning) imkanları kimi göstəricilər nəzərə alınıb.
Dünyanın ən reytinqli universitetlərinin ümumilikdə dəyərləndirildiyi 17-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə ATMU 1501+ sıralamasında yer alıb.